Ture: "Karyeramı "Barselona"da başa vurmaq istəyirəm"

Ture: "Karyeramı "Barselona"da başa vurmaq istəyirəm"
XƏBƏR 21 May 2012 / 02:37 1916
-  A +

"Mançester Siti" klubunun yarımmüdafiəçisi Yaya Ture maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, Ture İspaniya mətbuatına açıqlamasında karyerasını "Barselona"da başa vurmaq istədiyini bildirib:

"İki il bundan öncə "Barselona"dan ayrılarkən yenidən bu komandaya qayıdacağımı demişdim. Əgər yenidən məni bu komandaya çağırsalar, bu barədə heç düşünmərəm. Bu təklifi dərhal qəbul edərəm. Çünki "Barselona"nı çox sevirəm. Həyatda sabah nəyin baş verəcəyini söyləmək olmur. Ola bilsin ki, yenidən "Barselona"ya qayıtdım. Karyeramı məhz bu komandada başa vurmaq istəyirəm".

Qeyd edək ki, 2007-2010-cu illərdə "Barselona"nın şərəfini qoruyan Ture keçirdiyi 74 oyunda 4 dəfə rəqib qapılarına yol tapıb.  


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın