Rusiya millisi ciddi itki ilə üzləşdi

Rusiya millisi ciddi itki ilə üzləşdi
XƏBƏR 21 May 2012 / 02:09 2003
-  A +

Gələn ay Ukrayna və Polşada keçiriləcək Avropa çempionatına yollanacaq Rusiya millisi ciddi itki ilə üzləşib.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, CSKA (Moskva) klubunun aparıcı müdafiəçisi Vasili Berezutskinin zədəsi hələ də davam edir.

Rusiya yığmasının baş məşqçisi Dik Advokat də bunu əsas gətirərək 29 yaşlı futbolçunu millinin heyətindən kənarlaşdırıb. Berezutski zədəsi ilə bağlı fikirlərini bölüşüb: "Bu çox üzücü oldu. Ancaq vəziyyətim düşündüyümüzdən də pisdir. Qaçmaq istədiyimdə belə ağrı hiss edirəm. Baş məşqçi ilə görüşdüm və Avro-2012-də oynaya bilməyəcəyimi söylədim". 

Qeyd edək ki, Rusiya millisi A qrupunda Polşa, Yunanıstan və Çexiya yığmaları ilə mübarizə aparacaq.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı