"Çelsi"dən Hazarda 30 milyon funt-sterlinq

"Çelsi"dən Hazarda 30 milyon funt-sterlinq
XƏBƏR 21 May 2012 / 01:05 1730
-  A +

Tarixi ərzində ilk dəfə Çempionlar Liqasının qalini adını qazanan İngiltərənin "Çelsi" klubu artıq indidən transfer çalışmalarına start verib.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, London təmsilçisi Fransanın "Lill" klubunda forma geyinən Eden Hazarda transfer etməkdə israrlıdır.

Klubun sahibi Roman Abramoviç 21 yaşlı futbolçunun transferi üçün 30 milyon funt-sterlinq xərcləməyə hazırdı. Üstəlik belçikalı futbolçu "Çelsi"də oynayacağı təqdirdə həftəsinə 250 min funt-sterlinq qazanacaq. Hazardın da "Çelsi"nin bu təklifini müsbət qəbul etdiyi bildirilir.

Qeyd edək ki, Hazardla "Çelsi" ilə yanaşı, İngiltərənin digər nəhəngləri - "Mançester Yunayted", "Mançester Siti", "Arsenal" və "Tottenhem" klubları da yaxından maraqlanır.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı