"Yuventus" Van Persidən imtina etdi

"Yuventus" Van Persidən imtina etdi
XƏBƏR 21 May 2012 / 00:01 1615
-  A +

Son İtaliya çempionu "Yuventus" klubu "Arsenal"ın hücumçusu Robin Van Persinin transferindən imtina edib.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, Turin təmsilçisi bunu hollandiyalı futbolçunun transfer qiymətinin yüksək olması ilə əlaqələndirib.    

Yeni mövsümdən Çempionlar Liqasında çıxış edəcək "Yuventus" Van Persinin əvəzinə "Napoli"nin forvardı Edinson Kavanini transfer etməyi planlaşdırır. "Yuventus"un Van Persidən imtina etməsi isə daha çox "Mançester Siti"yə sərf edir. "Şəhərlilər" 28 yaşlı futbolçunu transfer etmək istəsə də, Van Persi "Arsenal"da qalacağını bildirib.

Qeyd edək ki, Van Persi bu mövsüm vurduğu 30 qolla Premyer Liqanın bombardiri olub.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı