Naci Şensoyun komandası daha bir qələbə qazandı

XƏBƏR 25 Aprel 2009 / 20:25 2268
-  A +

Bu gün Bolqarıstan çempionatında 24-cü turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, "Turan"ın keçmiş baş məşqçisi Naci Şensoyun çalışdırdığı "Pirin" klubu səfərdə Sofiya "Slaviya"sının qonağı olub. Matçın gedişində hesabda geri olmasına baxmayaraq, Şensoyun yetirmələri 3:2 hesablı əzmkar qələbə qazana biliblər. "Pirin"in heyətində Koçev, Delev və Kotsev fərqləniblər. Bu qələbə sayəsində xalını 28-ə yüksəldən "Pirin" 11-cim pillədəki mövqeyini möhkəmlədib.     

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın