İngiltərəli jurnalist Azərbaycan kubokunun finalından yazdı

XƏBƏR 20 May 2012 / 12:30 2407
-  A +

Azərbaycan kubokunun final oyununda iştirak etmiş İngiltərənin "When the Sunday comes" həftəlik jurnalının müxbiri Rob Delaney yazısında təəssüratlarını bölüşüb. Yazını təqdim edirik:

"Azərbaycan kubokunun final oyununda iştirak etmək hər gün qismət olmur. Taksidə Bakının ətrafında yerləşən Mərdəkan qəsəbəsinə - “Dalğa Arena” stadionuna yollandıq. Balaca və gözəl stadionunun açılışında ötən il Zepp Baltter və Mişel Platini də iştirak edirdi.

Bütün axşam boyu bizə bələdçilik edən yerli jurnalist - Həbib, kubokun final oyununun adətən Tofiq Bəhramov adına stadionunda – 20000-dən çox azarkeş tutumu olan və 1966-cı ildə keçirilən dünya çempionatının final oyununda İngiltərənin qolunu hesaba alan məşhur yan xətt hakiminin adını daşıyan möhtəşəm arenada keçirildiyini bildirdi. Lakin bu il elə alındı ki, iki Bakı klubunun azarkeşləri sevimli komandalarını dəstəkləmək üçün paytaxtdan 25 km uzağa getməli oldular. Nəticədə finalı cəmi 4000 azarkeş izləsə də, bu oyunun atmosferinə heç cür təsir etmədi.

Final oyunundan öncə isə istənilən "Avroviziya" yarışması ilə rəqabət apara biləcək açılış mərasimi keçirildi. Ölkənin aparıcı müğənniləri sevilən mahnılarını ifa etdilər, milli geyimli rəqqaslar və ölkə bayrağı ilə qeyri-adi çıxış göz oxşayırdı. Oyun “Bakı”nın 2-0 hesablı gözlənilməz qələbəsi ilə başa çatdı. Kubokun final oyunundan sonra azarkeşlər üçün avtomobil uduşa da keçirildi".


Son xəbərlər