Droqba final matçının ən yaxşısı seçildi

Droqba final matçının ən yaxşısı seçildi
XƏBƏR 20 May 2012 / 11:18 1948
-  A +

İngiltərənin "Çelsi" kubunun hücumçusu Didye Droqba Münhen "Bavariya"sına qarşı keçirilən Çempionlar Liqasının final matçının ən yaxşı futbolçusu seçilib.

Qol.Az-ın məlumatına görə, əsas vaxtı 1:1 hesabıyla yekunlaşan görüşün 88-ci dəqiqəsində Droqba komandasının cavab qolunu vurub. Penaltilər seriyasında isə o, son nöqtəni dəqiqliklə qoyaraq "Çelsi"nin qələbəsində əsas rollardan birini oynayıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın