İbrahimoviç "Mançester Siti" yolunda

İbrahimoviç "Mançester Siti" yolunda
GÜNDƏM 20 May 2012 / 03:16 2812
-  A +

"Milan" klubunun hücumçusu Zlatan ibrahimoviç daha bir Avropa nəhəngindən təklif alıb.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, isveçli futbolçu "Mançester Siti"nin maraq dairəsinə düşüb.

Mançester təmsilçisi İbrahimoviçin transferi üçün qarşı tərəfə 25 milyon funt-sterlinq ödəməyə hazırdır. İbrahimoviç "Mançester Siti"də çıxış edəcəyi təqdirdə həftəsinə 300 min funt-sterlinq qazanacaq.

Qeyd edək ki, 2010-cu ildən "Milan"da çıxış edən İbrahimoviç keçirdiyi 32 oyunda 28 qola imza atıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı