"Benfika"nın hücumçusu "Roma"nın hədəfində

"Benfika"nın hücumçusu "Roma"nın hədəfində
XƏBƏR 20 May 2012 / 01:57 1869
-  A +

Ötən mövsüm uğursuz çıxışları ilə diqqət çəkən İtaliyanın "Roma" klubu artıq transfer çalışmalarına start verib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi "Benfika"nın hücumçusu Oskar Kardozonu heyətinə qatmağı planlaşdırır.

"Roma"nın Kardozonun transferi üçün 15 milyon avro xərcləməyə hazırdır. "Benfika" rəhbərliyi də 29 yaşlı futbolçunu satmağı düşünür. Tərəflər razılaşacağı təqdirdə Kardozo yeni mövsümdən İtaliya A Seriyasında çıxış edəcək.

Qeyd edək ki, 2008-ci ildə "Benfika"ya transfer edilən Kardozo ötən mövsüm 20 qola imza atıb.

 


Son xəbərlər