"Milan"dan ayrılan futbolçu Çinə gedir

"Milan"dan ayrılan futbolçu Çinə gedir
XƏBƏR 20 May 2012 / 00:22 1908
-  A +

Mövsümün başa çatması ilə "Milan"la yollarını ayıran Klarens Sidorf yeni təklif alıb.

Qol.Az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçu Çinin "Şanxay Şenhua" klubunun maraq dairəsinə düşüb.

Daha öncə "Çelsi"dən Nikolya Anelkanı heyətinə qatan Çin təmsilçisi bu dəfə Sidorfla güclənmək niyyətindədir. "Şanxay Şenhua" klubu 36 yaşlı futbolçunun transferi üçün 6-7 milyon avro xərcləməyə hazırdır. Lakin Sidorf hələlik bu təklifə münasibət bildirməyib.

Qeyd edək ki, 2002-ci ildən "Milan"ın şərəfini qoruyan Sidorf yaxın müddətdə karyerasını başa vuracağını açıqlamışdı.  


Son xəbərlər