Falkao: "Madriddən ayrılmağı düşünmürəm"

Falkao: "Madriddən ayrılmağı düşünmürəm"
GÜNDƏM 20 May 2012 / 00:01 2000
-  A +

"Atletiko" (Madrid) klubunun hücumçusu Radamel Falkao haqqında yayılan transfer xəbərlərinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, İspaniya mətbuatına danışan kolumbiyalı futbolçu Madriddən ayrılmağı düşünmədiyini vurğulayıb:

"Mənimlə bəzi komandaların maraqlandığını bilirəm. Ancaq özümü həmin təkliflərdən uzaq tuturam. "Atletiko" ilə 2016-cı ilə qədər müqaviləm var və Madriddən ayrılmağı düşünmürəm. Burada daha xoşbəxtəm".

Qeyd edək ki, Falkao ilə "Çelsi" və "Mançester Siti" klublarının yaxından maraqlanır.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın