Azərbaycan millisi turnirin ikincisi oldu

Azərbaycan millisi turnirin ikincisi oldu
XƏBƏR 19 May 2012 / 17:49 1812
-  A +

Kişinyov şəhərində təşkil olunmuş "FA of Moldova Cup" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci yeri tutub.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçularımız üçüncü pillədə qərarlaşmış moldovalı həmyaşıdları eyni miqdarda – 4 xal toplayıb.

Vurulan və buraxılan topların nisbətinə görə daha yaxşı nəticə əldə etmiş yığmamız turnir cədvəlində Moldova komandasını qabaqlayıb.

Yığmamızın qolkiperi Ağaseyid Qasımov turnirin ən yaxşı qapıçısı, Fəhmin Muradbəyli isə ən yaxşı hücumçusu mükafatına layiq görülüb.

Xatırladaq ki, komandamız "FA of Moldova Cup" turnirində mayın 15-də keçirdiyi ilk oyunda Rumıniya yığmasına 2:3 hesabı ilə məğlub olmuş, mayın 17-də moldovalı futbolçularla qarşılaşmada isə 0:0 hesablı heç-heçə qeydə alınmışdı. Turnirin son oyununda yığmamız bu gün Bolqarıstan U-17-sini 3:1 hesabı ilə məğlub etmişdi.



Yer

Komanda

O

Q

H

M

T/F

Xal

1

Rumıniya

3

3

0

0

7-2

9

2

Azərbaycan

3

1

1

1

5-4

4

3

Moldova

3

1

1

1

1-2

4

4

Bolqarıstan

3

0

0

3

1-6

0



Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı