Tovuzda hakimi döyənə 4 il iş verdilər

Tovuzda hakimi döyənə 4 il iş verdilər
XƏBƏR 19 May 2012 / 16:43 1965
-  A +

Azərbaycan çempionatının 15-ci turu çərçivəsində “Turan”-“Qarabağ” oyununun hakimləri Rauf Cabbarov və Coşqun Həsənovu döyən yerli fanat Habil Aslanov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Lent.az-a daxil olan məlumata görə, Habil Aslanovun qohumları hakimlərə barışıq üçün müraciət etsələr də, ikincilər razılaşmayıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221–ci maddəsi ilə (“xuliqanlıq”) ittiham olunan Aslanov adıgedən oyundan sonra hakimlərin paltardəyişmə otağına girərək onlara fiziki xəsarət yetirmişdi.


Son xəbərlər