"Qələbə futbolçularda özünəinam hissini gücləndirir"

"Qələbə futbolçularda özünəinam hissini gücləndirir"
XƏBƏR 19 May 2012 / 16:28 1507
-  A +

"Turnirin son oyunu olduğu üçün futbolçularda yorğunluq hiss olunurdu. Buna görə o qədər də baxımlı oyun nümayiş etdirə bilmədik. Bununla belə, qələbə qazana bildik".

Qol.Az-ın məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov Bolqarıstanla oyundan sonra deyib.

T.Həsənov FA of Moldova Cup" turnirdə 3:1 hesabı ilə qələbə qazandıqları görüşdən sonra AFFA-nın rəsmi saytına fikirlərini bölüşüb: "Düşünürəm ki, vaciblik dərəcəsindən asılı olmayaraq, bütün oyunlarda qələbə qazanmaq faydalıdır. Çünki hər qələbə futbolçularda əlavə ruh yüksəkliyi yaradır və özünəinam hissini gücləndirir".


 

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord