İqor Ponomaryov: “Futbolçularım xarakter nümayiş etdirdilər”

XƏBƏR 25 Aprel 2009 / 18:25 2219
-  A +

“İnter” çox güclü rəqibdir. Buna görə də oyunun çox çətin keçəcəyini əvvəldən bilirdik. Qarşılaşma da göstərdi ki, gümanımızda yanılmamışıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “İnter”lə oyunsonrası mətbuat konfransında “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov deyib. Ponomaryov bildirib ki, yetirmələri xarakter nümayiş etdirərək, məğlubiyyətdən xilas olublar: “İlk hissədə uşaqlar zəif təsir bağışladılar. Amma ikinci hissədə oyunumuzda bir qədər canlanma yarandı. Futbolçularım əsl xarakter nümayiş etdirdilər. 2 dəqiqə ərzində 2 qol vurmağımız bizi məğlubiyyətdən xilas etdi”. 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki