Millimiz Bolqarıstanı 3 qolla məğlub etdi

Millimiz Bolqarıstanı 3 qolla məğlub etdi
XƏBƏR 19 May 2012 / 15:41 1816
-  A +

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Kişinyov şəhərində təşkil olunmuş "FA of Moldova Cup" turnirində çıxışını başa vurub.
 
Qol.Az-ın məlumatına görə, bu gün bolqarıstanlı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 3:1 hesabı ilə qələbə qazanıb.

Yığmamızın qollarını Fəhmin Muradbəyli, Elçin Cəfərov və Mahir Mədətov (penaltidən) vurub.

Komandamızın turniri ikinci, yaxud üçüncü pillədə başa vurması bu gün Bakı vaxtı ilə saat 14:30-da başlamış Moldova – Rumıniya qarşılaşmasının nəticəsinə əsasən müəyyənləşəcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı