Aleksey Savinov: “Nəyə görə qrup mərhələsində oynamayaq?”

Aleksey Savinov:  “Nəyə görə qrup mərhələsində oynamayaq?”
MÜSAHİBƏ 19 May 2012 / 13:55 2764
-  A +

“Bakı” klubunun futbolçusu Aleksey Savinov Qol.Az saytına müsahibə verib

- Çempionata uğursuz başlasanız da, mövsümü titulla başa vura bildiniz...

- Elədir, mövsüm bizim üçün heç də yaxşı başlamadı. Baxmayaraq ki, yaxşı hazırlıq keçmişdik, heyətimizdə güclü futbolçular var idi. Amma startda çox vacib xallar itirdik. Yaxşı ki, kubokda eyni uğursuzluğu təkarlamadıq və bu titulu qazana bildik.

- “Neftçi”ni bu dərəcədə üstələyəcəyinizi gözləyirdin?

- “Neftçi” də güclü komandadır. Sadəcə, biz oyuna çox istəkli çıxmışdıq və qarşımıza məqsəd qoymuşduq ki, nə olur olsun, bu kuboku qazanmalıyıq. Futbolda isə istək amili çox vacibdir.

- Amma, sən bu qarşılaşmada forma geyinmədin...

- Bu artıq baş məşqçinin işidir. Heyəti o, müəyyənləşdirir.

- Ümumiyyətlə, Novruz Əzimovla Aleksandr Starkovu bir mütəxəssis kimi necə fərqləndirərdin?

- Mən müqayisə aparmaq istəməzdim. Hər məşqçinin öz oyun tərzi var. Futbolçunun işi ona verilən tapşırığı yerinə yetrməkdi.

- “Bakı” bu il avrokuboklarda nə isə edə biləcək?

- Artıq neçə ildir bu komandada çıxış edirəm və gücünə bələdəm. “Bakı”nın gözəl rəhbərliyi, əla bazası və güclü heyəti var. Nəyə görə qrup mərhələsində oynamayaq?

Anar XANLAROV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın