Platini: "Bavariya" və "Çelsi" finala layiq komandalardı"

Platini: "Bavariya" və "Çelsi" finala layiq komandalardı"
XƏBƏR 19 May 2012 / 13:09 1468
-  A +

UEFA prezidenti Mişel Platini bu axşam keçiriləcək Çempionlar Liqasının final matçını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, CNN-ə danışan Platini "Bavariya" və "Çelsi"nin finala layiq komanda olduqlarını bildirib:

"Real" və "Barselona" dünyanın ən yaxşı komandaları ola bilər. Ancaq finalda "Bavariya" və "Çelsi" qarşılaşacaq. Hər iki komanda yarımfinalda rəqiblərindən daha üstün oyun sərgilədi və finala yüksəldi. Bu mövsüm ingilis klublarının qrup mərhələsini keçə bilməməsi kimi sürprizlə də qarşılaşdıq. Son dönəmlər çox maraqlı çempionatın şahidi oluruq".

Qeyd edək ki, "Bavariya" - "Çelsi" matçı bu axşam Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı