CSKA-nın hücumçusu Premyer Liqa yolunda

CSKA-nın hücumçusu Premyer Liqa yolunda
XƏBƏR 19 May 2012 / 12:38 2249
-  A +

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, 24 yaşlı futbolçu "Liverpul"un maraq dairəsinə düşüb.

Liverpul təmsilçisi Fil Dişi Sahili yığmasının futbolçusu üçün 26 milyon funt-sterlinq ödəməyə hazır olduğunu açıqlayıb. Tərəflər razılığa gələcəyi təqdirdə Dumbiya yeni mövsümdən Premyer Liqada çıxış edəcək.

Qeyd edək ki, Dumbiya ilə "Mançester Yunayted", "Napoli", "Tottenhem" və "Çelsi" klubları da yaxından maraqlanır. 

 


Son xəbərlər