Saşa Yunisoğlu: “Qələbədən başqa yolumuz yoxdur”

XƏBƏR 25 Aprel 2009 / 15:37 2253
-  A +

“Oyuna tam hazır olduğumuzu düşünürəm. Komandamız artıq bu gün səhər Qəbələyə yola düşüb. Oyuna gəlincə öncə meydançanın vəziyyəti bizi narahat edir. Çünki məndə olan məlumata görə, orada qazonun durumu çox bərbad vəziyyətdədir. Bundan başqa “Qəbələ” də güclü komandadır. Bir sözlə, işimiz heç də asan olmayacaq. Buna baxmayaraq, bizim qələbədən başqa yolumuz yoxdur. 1 xal bizim üçün qətiyyən yolverilməzdir. Heç bu haqda düşünmək belə istəmirik. Qarşımıza qoyulan əsas məqsəd qarşıdakı 4 oyunun hamısından qalib ayrılmaqdır”. Bu sözləri Qol.Az-a “Bakı”nın və milli komandamızın müdafiəçisi Saşa Yunisoğlu “Qəbələ” ilə matç öncəsi deyib. O, “Xəzər-Lənkəran”dan kömək gözlədiklərinin də gizlətməyib: “İndi mən durum deyim ki, yox bunu gözləmirəm, yalan olan. Şəxsən mənim bir qulağım “Şəfa”da olacaq. İnanıram ki, “Xəzər-Lənkəran” “İnter”i büdrətməklə bizim yenidən liderliyə yüksəlməyimizə kömək edəcək”.

.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı