Natalya Məmmədova yenidən Rusiya klubunda

Natalya Məmmədova yenidən Rusiya klubunda
XƏBƏR 19 May 2012 / 11:42 1736
-  A +

Azərbaycan milli komandasının və “Rabitə” klubunun qadın voleybolçusu Natalya Məmmədova karyerasını yenidən Rusiyada davam etdirəcək.

Rusiyanın "Sport-Ekspress" saytının verdiyi məlumata görə, Məmmədova “Omiçka” ilə ilkin razılıq əldə edib.

Tərəflər arasında müqavilə iyunda bağlanacaq. 27 yaşlı voleybolçumuz əvvəllər Rusiyanın “Zareçye-Odintsovo” (2002-2003) və “Dinamo Krasnodar” (2009-2010) komandalarında da oynayıb.

Qeyd edək ki, Natalya Məmmədova “Rabitə”nin heyətində klublararası dünya çempionatının qalibi olub. Çempionlar Liqasında bir oyunda yığılan xallar rekordu (47 xal) da məhz ona məxsusdur.


Xəbər: Lent.az

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın