Ronaldo: "Mən Messidən güclüyəm"

Ronaldo: "Mən Messidən güclüyəm"
XƏBƏR 19 May 2012 / 11:35 2786
-  A +

İspaniyanın “Real” (Madrid) klubunun futbolçusu Kriştianu Ronaldo “Barselona”nın hücumçusu Lionel Messi ilə müqayisə olunmasına yenidən münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəşi bu dəfə “Hansınız güclüsünüz” sualını obrazlı cavablandırıb.

Ronaldu deyib: “Belə suallar artıq məni yorub. Bizi daim müqayisə etməyə çalışırlar. Amma axı “Ferrari” ilə “Porsche”ni necə müqayisə etmək olar? Onların mühərrikləri fərqlidir. Messi öz işini “Barselona”da, mən isə “Real Madrid”də görürəm. Bunlar dünyanın iki ən güclü komandalarıdır. Amma hazırda kimin güclü olduğunu eşitmək istəyirsinizsə, bu, mənəm”.

Qeyd edək ki, Lionel Messi “Barselona”nın heyətində İspaniya çempionatında 50 qolla bombardir olub. O, artıq “Qızıl buts” mükafatını təmin edib. “Real Madrid”in baş məşqçisi Joze Mourinyo isə bildirib ki, Kriştianu Ronaldu bu il ən yaxşı futbolçuya verilən “Qızıl top”a Messidən çox layiqdir.

 


Son xəbərlər