"Çelsi" Çempionlar Liqasının qalibi oldu

"Çelsi" Çempionlar Liqasının qalibi oldu
DÜNYA FUTBOLU 20 May 2012 / 02:30 6967
-  A +

Bu gün Çempionlar Liqasında mövsümə yekun vurulub. Qol.Az-ın məlumatına görə, həlledici görüşdə "Bavariya" və "Çelsi" klubları üz-üzə gəlib.

Final matçının Münhendə keçirilməsi "Bavariya" üçün əlavə üstünlük olacaqdı. 2010-cu ildə finalda "İnter"ə 0:2 hesabı ilə məğlub olan "Bavariya" klubu bu dəfə doğma azarkeşləri önündə qələbə qazanmağa çalışacaqdı. Almaniya Bundesliqası və kubokunda "Borussiya" (Dortmund) klubuna uduzan Münhen təmsilçisi ÇL-i qazanmaqla mövsümü titulla başa vurmaq niyyətində idi.

Bu mövsüm İngiltərə Premyer Liqasını 6-cı pillədə başa vuran "Çelsi" klubu də kuboka iddiasını davam etdirirdi. 2008-ci ildə Moskvada keçirilən final matçında "Mançester Yunayted"ə penaltilər seriyasında məğlub olan "zadəganlar" da həmin uğursuzluğu unutdurmağa yaxın idi ki, bunu da bacarıb. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın taleyi penaltilər seriyasında həll olunub. Bu seriyada daha dəqiq oynayan "Çelsi" klubu tarixində ilk dəfə olaraq ÇL-in qalibi olub - 4:3. 

 

19 may

Çempionlar Liqası, final görüşü

23:45. "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) - 1:1 (Penaltilər seriyası - 3:4)

"Bavariya": + + + - -

"Çelsi": - + + + + 

Qollar:
Tomas Müller, 83 (1:0), Didye Droqba, 89 (1:1)


Qeyd edək ki, matçın 96-cı dəqiqəsində "Bavariya"nın hücumçusu Aryen Robben penalti zərbəsindən yararlana bilməyib. Hollandiyalı futbolçunun vurduğu topu "Çelsi"nin qapıçısı Peter Çex zərərsizləşdirib. 
 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord