“Qələbəmizin yeganə bir səbəbi vardı: biz “Neftçi”dən güclüydük”

“Qələbəmizin yeganə bir səbəbi vardı: biz “Neftçi”dən güclüydük”
MÜSAHİBƏ 18 May 2012 / 19:48 3090
-  A +

“Bakı” klubunun kapitanı Cəmşid Məhərrəmovun Qol.Az saytına müsahibəsi

- Ölkə kubokunun dünənki final qarşılaşmasının qalibi “Bakı” oldu. Ümumilikdə bu qarşılaşma barədə nə deyə bilərsən?

-  Biirdik ki, “Neftçi”ylə oyun asan keçməyəcək. Ona görə də oyuna yaxşı motivasiya olmuşduq. İlk dəqiqələrdən rəqibi qapısı ağzına sıxışdırmağa nail olduq. Bunun da nəticəsində ilk qolu biz vurduq.  Bundan sonra isə rəqib özü açıq futbola üstünlük verdi.  Və nəticədə ikinci topu vuraraq qələbənin təməlini qoyduq.

- Erkən qol vurmaq baş məşqçinizin tapşırığı idi, yoxsa?

- Futbolda qolun nə vaxt vurulacağını təxmin etmək çətindir. Ancaq erkən qol vurulmasıyla bağlı heç bir tapşırıq olmamışdı. Bizim üçün əsas məsələ öz oyunumuzu nümayiş etdirib kuboku qazanmaq idi.

- Səncə, rəqibinizi daha çox hansı kompanentlərdə üstələdiniz?

- Biz meydanda daha inadla mübarizə aparırdıq. Həmçinin təhlükəli vəziyyətlərimizin sayı “Neftçi”dən çox oldu. Ancaq ümumi götürəndə “Bakı” dünən “Neftçi”ni bütün kompanentlərdə üstələdi.
 
- Necə düşünürsən, “Neftçi”nin oyunu dünən niyə alınmadı?

- Dünənki qələbənin yeganə bir səbəbi vardı: biz “Neftçi”dən daha güclüydük. Yəni rəqibə nəsə etmək üçün imkan vermədik.

- Hesabda iki top fərqiylə irəli çıxdıqdan sonra daha çox müdafiə olunmağa başladınız. Görünür, “Neftçi”nin nəticəni öz xeyrinə dəyişəcəyindən ehtiyat etdiniz.

- Xeyr, mən belə deməzdim. Əgər belə olsaydı, sonradan rəqibimizin qapısı qarşısında xeyli təhlükəli epizod yaratmazdıq. Elə Şoliç və Çesnauskisin yaratdığı real qol imkanlarını dəyərləndirsəydik, bəlkə hesab daha böyük olardı. Heç bizə baş məşqçi Novruz Əzimov tərəfindən müdafiəyə oturmaq barəsində tapşırıq da verilməmişdi. Belədə ki, nəticəni qorumaq üçün nə lazımdırsa, onu da etdik.

- Artıq mövsüm başa çatıb. Kuboku da şəxsi muzeyinizə götürdünüz. Komandanın kapitanı kimi hazırki məşqçiniz Novruz Əzimovun vəzifəsində qalmasını tərəfdarısan?

- Novruz müəllim çox işgüzar bir insandır. Buna misal olaraq yaxşı nəticə də verdi. İnanıram ki, rəhbərliyimizin qərarı “Bakı” klubu üçün xeyirli olacaq. Bu haqda yalnız rəhbərliyimiz qərar verə bilər. Özümə gəldikdə, Növruz müəllimlə işləmək mənə xoşdur. Çünki futbolçuları çox gözəl anlayır. Bir sözlə, bu insan haqda çox xoş söz söyləmək olar.

Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı