Mourinyo "Milan"ın hücumçusunu istəyir

Mourinyo "Milan"ın hücumçusunu istəyir
XƏBƏR 18 May 2012 / 18:56 3314
-  A +

"Milan" klubunun hücumçusu Zalatan İbrahimoviçə daha bir komanda "elçi" düşüb.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, PSJ-nin ardından "Real" (Madrid) klubu da isveçli futbolçunun xidmətində maraqlıdır.

"Real"ın baş məşqçisi Joze Mourinyo İbrahimoviçi komandasında görmək istəyir. Lakin Milan təmsilçisinin 30 yaşlı futbolçunun transferi üçün 25 milyon avro təzminat tələb etməsi "Real"ın işini çətinə salır. 

Qeyd edək ki, 2010-cu ildən "Milan"da çıxış edən İbrahimoviç keçirdiyi 32 oyunda 28 qola imza atıb.


Son xəbərlər