Riberi: "Çoxları finala çıxacağımızı gözləmirdi"

Riberi: "Çoxları finala çıxacağımızı gözləmirdi"
XƏBƏR 18 May 2012 / 18:27 1682
-  A +

"Bavariya" klubunun yarımmüdafiəçisi Frənk Riberi Çempionlar Liqasının finalında sabah qarşılaşacaqları "Çelsi" ilə görüş haqda danışıb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan fransız futbolçu "Çelsi" ilə oyunda məğlubiyyət haqda düşünmədiklərini bildirib:

"Çelsi" ilə oyunda məğlubiyyət haqda düşünmürük. 29 yaşındayam və sabahkı görüş mənim Çempionlar Liqasında son finalım ola bilər. Bu mövsüm bacardığımız qədər irəlilədik. Ancaq çoxları bizim finala çıxacağımızı gözləmirdi. Lakin "Bavariya" finala layiq komandadır. İnanıram ki, sabah da komanda şəklində oynayaraq ÇL-in qalibi olacağıq".

Qeyd edək ki, "Bavariya" - "Çelsi" matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı