Ali Cansun: “Kubokdakı məğlubiyyətin əvəzini “Qarabağ”dan çıxmalıyıq”

XƏBƏR 25 Aprel 2009 / 13:46 2185
-  A +

“Qarabağ” bizi kubok mübarizəsindən kənarlaşdırdı və bununla da avrokuboklara olan ümidimizin də üstündən xətt çəkdi. Hazırda komandamız yaxşı oynayır və yüksəlişdədir. Buna görə kubokdakı məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq”. Bu sözləri “Qarabağ”la sabahkı oyun öncəsi Qol.Az-a “Neftçi”nin türkiyəli hücumçusu Ali Cansun deyib. Sabiq “Beşiktaş”lı artıq geriyə yollarının olmadığını söyləyib: “Qələbə şansımız təbii ki var. Onsuz da biz elə vəziyyətdəyik ki, çempionatda heç bir iddiamız qalmayıb. Bu mənada geridə qalan 4 matçın hamısında qalib gəlməklə turnir cədvəlində bacardıqca yuxarı pilləni tutmağı hədəfləmişik”.


Son xəbərlər