"Xəzər Lənkəran" azarkeşləri liderliyini qorudu

"Xəzər Lənkəran" azarkeşləri liderliyini qorudu
XƏBƏR 18 May 2012 / 15:48 2089
-  A +

“Xəzər Lənkəran” azarkeşləri hər mövsüm olduğu kimi, 2011/2012 mövsümündə də ölkə üzrə ev oyunlarına gələn tamaşaçı sayına görə liderliyini qoruyub.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu mövsüm komanda ümumilikdə 19 ev oyunu keçirib.

Bu oyunlardan 16-sı Unibank Premyer Liqa çərçivəsində, ikisi Azərbaycan kubokunda və bir qarşılaşma isə Avropa Liqasının təsnifat mərhələsində baş tutub.
 
Ümumilikdə rəsmi statistikaya əsasən komandanın ev oyunlarını 146200 nəfər azarkeş izləyib. Unibank Premyer Liqada ev oyunlarına gələnlərin sayı 123000 nəfər, kubokda – 8200 nəfər, Avropa Liqasında isə 15000 nəfər təşkil edib.
 
Orta hesabla komandanın hər ev oyununu 7695 nəfər azarkeş izləyib. Ən çox azarkeş sayı isə Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində İsrailin “Makkabi” (Tel Əviv) klubuna qarşı keçirilmiş matçda qeydə alınıb – 15000.
 
O da nəzərə alınmalıdır ki, bu mövsüm “Xəzər Lənkəran” Unibank Premyer Liqa çərçivəsində iki ev oyununu tamaşaçısız keçirməli olub, Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qaradağ-Lökbatan”a qarşı oyun isə Suraxanı qəsəbəsində baş tutmuşdur.
 
Başa çatan mövsüm daha bir əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, Unibank Premyer Liqanın 29-cu turunda “Neftçi”yə qarşı Lənkəranda keçirilmiş oyunda (1:0) “Xəzər Lənkəran” azarkeşlərinin Lənkəran şəhər mərkəzi stadionunda baş tutan görüşlərdə ümumi sayı 1 milyon göstəricisini aşmışdır.
 
Həmçinin mövsümün son üç ev oyunu “Xəzər Lənkəran” rəsmi saytı vasitəsilə Lənkərandan kənarda yaşayan azarkeşlərin diqqətinə çatdırılıb. Bu oyunlardan hər birini orta hesabla təxminən 1000 nəfər azarkeş izləmişdir ki, bu da ölkədə canlı internet yayımına eyni zamanda qoşulma baxımından ən yüksək göstəricidir.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq