Fabio Kapello yenidən İngiltərəyə qayıdır

Fabio Kapello yenidən İngiltərəyə qayıdır
XƏBƏR 18 May 2012 / 15:36 1931
-  A +

İngiltərə milli komandasının sabiq baş məşqçisi Fabio Kapello yenidən bu ölkədə çalışa bilər.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssisin yeni mövsümdən "Çelsi"ni çalışdıracağı iddia olunur.

Klubun sahibi Roman Abramoviç Di Matteonun əvəzinə komandaya daha təcrübəli məşqçi gətirməyi planlaşdırır. Rusiyalı iş adamının sabah Çempionlar Liqasının finalında "Bavariya" ilə keçiriləcək oyundan sonra Kapello ilə danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, Abramoviçin "Çelsi"nin baş məşqçi postuna gətirmək istədiyi mütəxəssislər sırasında "Barselona"dan ayrıan Pep Qvardiola da var.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki