Yaponiya millimizlə oyun üçün heyəti açıqladı

Yaponiya millimizlə oyun üçün heyəti açıqladı
XƏBƏR 18 May 2012 / 14:35 2390
-  A +

Mayın 23-də futbol üzrə Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirəcək Yaponiya yığmasının heyəti açıqlanıb.

Baş məşqçi Alberto Zakkeroni mayın 23-də baş tutacaq qarşılaşmaya 23 oyunçu çağırıb. 

Onların arasında yerli futbolçular üstünlük təşkil etsə də, Almaniya, İngiltərə, İtaliya, Rusiya, Belçika çempionatlarında çıxış edən legionerlər də var.
 
Qapıçılar: Eyji Kavaşima (“Lyers”, Belçika), Şusaku Nişikava (“Sanfrekke Xiroshima”), Şuiçi Qonda (“Tokio”)
 
Müdafiəçilər: Yuiçi Komano (“Jubilo İvata”), Yuzo Kurihara (“Yokohama Marinos”), Yuhey Tokunaqa (“Tokio”), “Masahiko Inoha” (“Vissel Kobe”), Yuto Naqatomo (“İnter”, İtaliya), Tomoaki Makino (“Urava Reds”), Atsuto Uçida (“Şalke”, Almaniya), Hiroki Sakai (“Kaşiva Reysol”)

Yarımmüdafiəçilər: Kenqo Nakamura (“Kavasaki Frontale”), Makoto Hasebe (“Volfsburq”, Almaniya), Hajime Hosoqai (“Auqsburq, Almaniya), Keysuke Honda (MOİK Moskva, Rusiya), Hideto Takahaşi (“Tokio”), Ariajasuru Haseqava (“Tokio”)
 
Hücumçular: Rioiçi Maeda (“Jubilo İvata”), Şinji Okazaki (“Ştutqart”, Almaniya), Takayuki Morimoto (“Novara”, İtaliya), Şinji Kaqava (“Borussiya Dortmund, Almaniya), Genki Haraquçi (“Urava Reds”), Rio Miyaiçi (“Bolton”, İngiltərə)

Qeyd edək ki, Şizuoka şəhərindəki “Ekopa” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:15-də başlanacaq.

Xəbər: lent.az

Son xəbərlər