Suarez Premyer Liqanı La Liqaya dəyişmək istəyir

Suarez Premyer Liqanı La Liqaya dəyişmək istəyir
XƏBƏR 18 May 2012 / 14:33 1918
-  A +

"Liverpul" klubunun hücumçusu Luis Suarez gələcək karyerası haqda danışıb.

Qol.Az-ın məlumatına görə, "Marca"ya danışan uruqvaylı futbolçu bir gün İspaniya La Liqasında oynamaq istədiyini açıqlayıb:

"Son zamanlar haqqımda müəyyən transfer xəbərləri yazılır. Əgər mətbuata inansaq hər gün bir komandaya keçirəm. Düzdü, daha öncə bəzi təkliflər olsa da, mən "Liverpul"da qalmaq istədiyimi bildirmişdim. Burada olmaqdan çox məmnunam. Premyer Liqada oynamaq adama xüsusi zövq verir. Ancaq bir gün İspaniya La Liqasında oynamaq istərdim. Hər bir futbolçu orada çıxış etməyi arzulayır. Ümid edirəm ki, bu, mənə də qismət olacaq".

Qeyd edək ki, ötən mövsüm "Liverpul"a transfer olunan Suarez keçirdiyi 44 oyunda 15 qola imza atıb.


Son xəbərlər