“Simurq” Çixradzeni postunda saxladı

XƏBƏR 18 May 2012 / 13:32 1372
-  A +

“Simurq” hazırkı baş məşqçisi Georgi Çixradzeni postunda saxlamağa qərar verib.
 
Bu haqda Qol.Az-a açıqlamasında Zaqatala klubunun icraçı direktoru Vaqif Əliyev məlumat verib: “Hazırkı baş məşqçimizin işindən razıyıq. O, komandanı elitada saxlamağı bacardı. Odur ki, gürcü məşqçi ilə yolumuza davam etmək qərarına gəldik”.

Əliyev heyətdəki dəyişikliklərdən də danışdı: “Dəyişikliklər olacaq. Bizimlə müqaviləsi başa çatan bütün futbolçularla yollarımızı ayırmışıq. Hazırda yeni komanda qururuq”.

Klub rəsmisi yay hazırlıq planının yaxın günlərdə məlum olacağını bildirdi: “Bu haqda qərarı baş məşqçi verəcək. Hazırlıq planını tətbiq edib rəhbərliyə təqim edəcək. O, haranı məsləhət görsə, yay hazırlığını da orada keçəcəyik”.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı