Kriştiano Ronaldo: “Real"dan gedə bilərəm”

Kriştiano Ronaldo: “Real"dan gedə bilərəm”
GÜNDƏM 18 May 2012 / 12:28 3238
-  A +

Portuqaliya milli komandasının futbolçusu Kriştiano Ronaldo gələcəkdə İspaniya “Real"ını tərk etməsinin mümkünlüyünü istisna etməyib. 

27 yaşlı futbolçu İngiltərə “Mançester Yunayted”inin heyətində 6 mövsüm çıxış etdikdən sonra 2009-cu ildə “kral klubu”na keçib.

2011-2012-ci il mövsümündə o, 60 qol vurub. Ronaldo“Real Madrid”də çıxış etdiyi üçün özünü xoşbəxt saydığını etiraf edib. Lakin o, çox uzağa boylanmağa tələsmir: “Açığı, gələcəkdə nə baş verəcəyini bilmirəm və bunu heç kim bilməz. Hazırda dahi klubun bir hissəsi olmaqdan məmnunam. Lakin bu, 1-2 il ola bilər. Sonra isə... Hadisələrin inkişafını əvvəlcədən demək həmişə çətindir”.

Qeyd edək ki, Kriştiano Ronaldo iyunda komanda yığmadakı komanda yoldaşları ilə birgə Avropa çempionatına qatılacaq. Portuqaliyanın qrup rəqibləri Almaniya, Hollandiya və Danimarka olacaq.

Daha çox


Son xəbərlər