Petar Zlatinov: “Püşkdən çox şey aslıdır”

Petar Zlatinov: “Püşkdən çox şey aslıdır”
XƏBƏR 18 May 2012 / 11:35 1708
-  A +

“Mövsümün startında vacib xallar itirdik. Buna görə də liderlərdən geri düşdük və çempion adını qazana bilmədik. Yaxşı ki, sona doğru toparlanaıb Avropa Liqasına vəsiqə əldə etdik”.

Bu sözləri Qol.Az-a açıqlamasında “İnter”in bolqarıstanlı yarımmüdafiəçisi Petar Zlatinov deyib. O, qarşılarında duran əsas məqsədin Avropa Liqasında layiqli çıxış olduğunu desə də, püşkdən də çox şeyin aslı olduğunu bildirdi: “Təbii, Avropa Liqasına çıxmışıqsa, deməli, məqsədimiz bacardığımız qədər irəli getməkdi. Ancaq o da faktdır ki, bu cür yarışlarda püşkdən də çox şey aslı olur. Ümid edirəm ki, bu tərəfdən də bəxtimiz gətirəcək”.

Qeyd edək ki, “İnter” Unibank Premyer Liqanın son turunda “Bakı”nı 1:0 hesabıyla məğlub etməklə  Avropa Liqasına vəsiqə qazandı.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki