Sedat Sahini: “Neftçi” ilə oyunda özümüzü kubok üçün qorumayacağıq”

XƏBƏR 25 Aprel 2009 / 13:22 2311
-  A +

“Neftçi” ilə oyunumuz çox çətin keçəcək. Bilirsiniz ki, bunun ardınca bizim “Bakı” ilə kubok oyunumuz da var. Lakin “Nefçi” ilə oyunda özümüzü kubok matçı üçün qorumayacağıq. Meydana çıxıb 3 xal üçün mübarizə aparacağıq. Çempionatda 3-cü yeri tutmaq şansımız az da olsa var və bu şansın davam edib-etməyəcəyi məhz “Neftçi” ilə oyundan asılı olacaq. Üstəlik rəqibi kubok mübarizəsindən kənarlaşdırdığımızdan onların bizə qarşı prinsipləri olduğunu da bilirik”. Bu sözləri “Neftçi” ilə oyunöncəsi Qol.Az-a “Qarabağ”ın bosniyalı futbolçusu Sedat Sahini deyib. Yarımmüdafiəçi rəqibin gücünü də dəyərləndirib: “Neftçi” güclü komandadır. Heyətlərində yaxşı futbolçuları var. Son vaxtlar daha yaxşı oynayırlar. Bundan başqa, evdə oynadıqlarından azarkeş üstünlükləri də olacaq. Amma bütün bunlar bizi qorxutmur”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı