"Milan" kapitanı ilə müqavilə yenilədi

"Milan" kapitanı ilə müqavilə yenilədi
XƏBƏR 18 May 2012 / 02:41 1992
-  A +

İtaliya “Milan”ının futbolçusu Massimo Ambrozini klubla yeni müqavilə bağlayıb.

Qol.Az-ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi ölkə vitse-çempionunun heyətində gələn mövsümün sonlarınadək çıxış edəcək.

Ambrozini anlaşma müddəti başa çatanlar arasında yeganə futbolçudur ki, onunla əməkdaşlığın davam etdirilməsinə qərar verilib. O, həm də komandanın kapitanıdır.

Qeyd edək ki, “Milan”ı Alessandro Nesta, Cennaro Qattuzo, Filippo İnzagi, Klarens Zeedorf, Canluka Zambrotta və Mark van Bommellə yollarını ayırıb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı