Azərbaycan kubokunun bombardiri bəlli oldu

Azərbaycan kubokunun bombardiri bəlli oldu
GÜNDƏM 18 May 2012 / 01:32 2856
-  A +

Azərbaycan kubokunun 2011/12 mövsümündə qapılara 58 qol vurulub.

Qol.Az-ın PFL-ə istinadən verdiyi məlumata görə, yarımçıq qaldığı üçün texniki nəticə qeydə alınan “İnter” – “Turan” matçı nəzərə alınmamaqla baş tutan 25 oyunda orta məhsuldarlıq 2,32 qol olub.

Bu 58 qolu 47 futbolçu vurub. Yalnız “Bakı”nın futbolçusu Xavyer Junior Vilson cari mövsümün kubok oyunlarında 3 qol vurmağı bacarıb. “Neftçi” ilə final oyununda vurduğu qol onu turnirin ən məhsuldar futbolçusu edib.

Kubokun bombardiri hərəyə 2 qol vuran 9 futbolçunu finaldakı uğuru sayəsində arxada qoyub. Birdən artıq qol vuran 10 futbolçudan başqa daha 37 oyunçu hərəyə 1 dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Junior bunadək AZAL-la 1/4  final mərhələsinin cavab oyununda fərqlənmişdi. O, həmin oyunda 2 qol vurmuşdu.


yer      futbolçu               klubu            Qol(penalti)     oyun

1. Junior Xavyer Vilson       Bakı                   3              6
2. Röyal Nəcəfov               Şuşa                  2              1
3-4. Fair Əmirquliyev         Şahdağ               2              2
 Rendall Brenes                 Xəzər Lənkəran     2              2
5-7. Ceyhun Sultanov        Kəpəz                 2              3
 Yuri Fomenko                   Kəpəz                2               3
 Katalin Doman                  Xəzər Lənkəran    2              3
8-9. Bahodir Nasimov         Neftçi                 2              5
 Kontreras Pardo Sergio      Bakı                    2              5
10. Serj Cehua                 Qəbələ                2             (1) 1

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı