Novruz Əzimov: "Futbolçularım təzyiqlərə sinə gəlməyi bacardı"

Novruz Əzimov: "Futbolçularım təzyiqlərə sinə gəlməyi bacardı"
ÖLKƏ FUTBOLU 18 May 2012 / 01:15 2208
-  A +

"Bu qələbəni klubumuzun prezidenti Hafiz Məmmədova həsr edirik. Futbolçularım meydandankənar təzyiqlərə sinə gəlməyi bacardı. Buna görə onlara təşəkkür edirəm".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Novruz Əzimov "Neftçi" ilə kubok oyunundan sonra (2:0) keçirilən mətbuat konfransında deyib.
 
N.Əzimov görüşlə bağlı daha sonra bunları bildirib: "Gərgin qarşılaşma oldu. Şadam ki, sonda qalib gəldik. Parks əvəzlənərkən küncdən zərbə vururduq. Parks epizodun başa çatmasını istədi. Ondan sonra meydandan çıxdı.

Baş məşqçi kimi komandada qalıb-qalmayacağıma rəhbərlik qərar verəcək. Mənim və ya başqa mütəxəssisin təyin olunmasından aslı olmayaraq, “Bakı”nın seçiminin doğru olmasını arzulayıram”.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki