Diniyevin komandası ardıcıl ikinci məğlubiyyətini aldı

XƏBƏR 25 Aprel 2009 / 12:57 1930
-  A +

Milli komandamızın keçmiş baş məşqçisi Şahin Diniyevin çalışdırdığı “Terek”in əvəzedicilərdən ibarət komandası Rusiya çempionatının 6-cı turu çərçivəsində “Saturn”la qarşılaşıb. Qol.Az-ın məlumatına görə, Diniyevin komandası öz meydanında oynamasına baxmayaraq, rəqibinə 0:1 hesabıyla uduzub. Bu Şahin Diniyevin komandasının ardıcıl ikinci məğlubiyyəti olub. Eyni zamanda “Terek”in qələbəsiz oyunlar seriyası da 4-ə çatıb. 6 turdan sonra hesabında 7 xal olan “Terek” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.   


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord