Bülənt Qorxmazın yerinə Skibbe

Bülənt Qorxmazın yerinə Skibbe
XƏBƏR 17 May 2012 / 18:10 1938
-  A +

Türkiyəli mütəxəssis Bülənt Qorxmazla yollarını ayıran “Karabükspor” yeni baş məşqçi axtarışına start verib.

Qol.Az-ın “Fanatik” qəzetinə istinadən verdiyi məlumata görə, Karabük təmsilçisi almaniyalı Mixael Skibbe ilə danışıqlara başlayıb.

"Karabükspor"un prezidenti Nevzat Şahin Skibbeyə təklif irəli sürdüklərini bildirib: "Biz ondan cavab gözləyirik".

Qeyd edək ki, Skibbe buna qədər Türkiyə Superliqasında “Qalatasaray” və “Eskişehirspor” klublarını çalışdırıb.

Son xəbərlər