"Xəzər Lənkəran"dan yeni rekord

"Xəzər Lənkəran"dan yeni rekord
PREMYER LİQA 17 May 2012 / 16:17 5302
-  A +

Unibank Premyer Liqanın son turunda “Qarabağ” üzərində qələbə qazanan (4:1) “Xəzər Lənkəran” rekorda imza atıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda ardıcıl 3-cü dəfədir “altılıq” prinsipi ilə keçirilən final mərhələlərində özünün ən yaxşı nəticəsini göstərib.

2 il əvvəl həlledici matçlarda 12 xal toplayan Ağasəlim Mircavadovun yetirmələrinin nailiyyətini ötən il Mirça Rednikin komandası 1 xal yaxşılaşdırmışdı. Yunis Hüseynovlu komanda isə həmin nailiyyəti də 2 xal üstələdi. Qələbə sayını da rekord həddə - 4-ə çatdıran “Xəzər Lənkəran” qol sayında 2 il əvvəlki göstəricini təkrarladı.
 
Qeyd edək ki, “Xəzər Lənkəran” hər 3 halda mükafatlar uğrunda mübarizə aparan ilk “altılıq”da yer alıb.
 
“Xəzər Lənkəran” final mərhələlərində

2009/10     10     3     3     4    11-10    12
2010/11     10     2     7     1     10-6     13
2011/12     10     4     3     3     11-9     15

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı