Kristian Torres rəsmən “Simurq”da!

Kristian Torres rəsmən “Simurq”da!
XƏBƏR 17 May 2012 / 16:15 2148
-  A +

"Simurq” bir futbolçu ilə artıq razılığa gəlib. Qol.Az-ın əldə etdiyi məlumata görə, Zaqatala klubu “Rəvan”ın futbolçusu Kristian Torreslə münasibətlərini rəsmləşdirib.

Daha doğrusu, tərəflər bütün məsələlərdə razılığa gəliblər və futbolçu hazırda tibbi müayinədən keçir. Müayinə başa çatdıqdan sonra rəsmi müqavilə imzalanacaq. Müqavilənin müddəti 1 illik olacaq.

Qeyd edək ki, Torresin ölkəmizdəki ilk klubu “Qəbələ” olub.

Son xəbərlər