"İnter" Türkiyədə iki yoldaşlıq görüşü keçirəcək

XƏBƏR 17 May 2012 / 15:03 1484
-  A +

Hazırda istiharət edən “İnter” klubunun üzvlərinin təlim-məşq toplanışı keçirmək məqsədilə iyun ayının 1-də Türkiyəyə yollanacağı haqda məlumat vermişdik.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İzmit şəhəri yaxınlığındakı Kartepe rayon mərkəzində yerləşən otel stadionunda məşq prosesinə start verəcək Kaxaber Sxadadzenin yetirmələri iki yoldaşlıq matçı da keçirəcəklər.

Qeyd edək ki, "İnter"in yoldaşlıq görüşü keçirəcək rəqiblərin adları isə hələlik məlum deyil.


Son xəbərlər