Elvin Əliyev: “Uğursuzluqları unutdurmaq üçün kuboku qazanmalıyıq”

Elvin Əliyev:  “Uğursuzluqları unutdurmaq üçün kuboku qazanmalıyıq”
XƏBƏR 17 May 2012 / 14:05 1560
-  A +

“Bakı” iki ildir ki, uğur qazana bilmir. Ona görə, çox istəyirik ki, bu gün kuboku qazanıb bizi sevənləri sevindirək”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Bakı”nın müdafiəçisi Elvin Əliyev deyib. Zədə səbəbindən "Neftçi" ilə bu günkü kubok finalını buraxacaq futbolçu komandasının qələbə şanslarını dəyərləndirib: “Şanslar 50/50-dir. “Neftçi” də güclü komandadır, Azərbaycan çempionudur. Ancaq inanıram ki, qələbə bizim olacaq. Çünki çempionatda istədiyimiz nəticəni qazana bilmədik, uğursuz çıxış etdik. Həmin uğursuzluqları unutdurmaq üçün kuboku qazanmalıyıq”.

Əliyev hazırkı baş məşqçisi Novruz Əzimovla sabiq baş məşqçisi Aleksandr Starkov arasındakı fərqlərə də toxundu: “Starkovla Novruz müəllimi müqayisə etmək istəməzdim. Çünki hər ikisinə böyük hörmətim var. Starkov da mənə güvənirdi,  şans verirdi. Sadəcə, o, bizim futbola bələd deyildi. Ona görə də beynində tutduğu taktika özünü doğrultmadı. Novruz Əzimov isə baxmayaraq ki, daha çox ikinci məşqçi işləyib, amma təcrübəlidir, Azərbaycan futboluna daha yaxşı bələddir.  Məhz bu üstünlüyündən istifadə edib komandanı ölkə kubokunun finalına çıxarmağı bacardı. Özünüz də gördünüz ki, Starkovun gedişindən sonra heyətdə heç bir ciddi dəyişiklik olmadı. Novruz müəllim eyni futbolçularla oynadı. Sadəcə, taktikanı dəyişdi”.  

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord