"Barselona"da daha bir ciddi itki

"Barselona"da daha bir ciddi itki
XƏBƏR 17 May 2012 / 10:32 2931
-  A +

Karles Puyolun ardından "Barselona" klubunun daha bir müdafiəçisi ciddi zədə alıb.

Qol.Az-ın məlumatına görə, komandanın son məşqlərindən birində zədə alan Dani Alves əməliyyat olunacaq. Braziliyalı futbolçunun bu səbəbdən ən azı 8 həftə futboldan kənarda qalacağı bildirilir.

Bu isə o deməkdir ki, Alves mayın 26-da "Atletik"ə qarşı keçiriləcək İspaniya kubokunun finalını buraxmalı olacaq.

Son xəbərlər