Puyol "Avro-2012"də oynaya bilər

Puyol "Avro-2012"də oynaya bilər
AVRO-2012 17 May 2012 / 10:18 2350
-  A +

İspaniya millisinin baş məşqçisi Visente del Boske "Barselona"nın müdafiəçisi Karles Puyolun adını "Avro-2012"yə aparacağı 23 futbolçu sırasına daxil edəcəyini istisna etməyib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, İspaniya çempionatının 37-ci turunda "Espanyol"la matçda ayağından zədələndiyi üçün əməliyyat olunan Puyol hazırda fərdi qaydada məşqlərə başlayıb. Bu isə onun tezliklə futbol oynaya biləcəyindən xəbər verir. Halbuki əvvəlcə həkimlər Puyolun "Avro-2012"ni buraxacağını bildirmişdilər.

"Puyolun Avropa çempionatına getmək şansı var. Əlbəttə, onun üçün bir qədər çətin olacaq. Amma yekun qərarımızı biz mayın 27-də verəcəyik" - deyə del Boske bildirib.




Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı