Evra: "Çempionluğu əllərimizlə təhvil verdik"

Evra: "Çempionluğu əllərimizlə təhvil verdik"
XƏBƏR 17 May 2012 / 02:52 1734
-  A +

"Mançester Yunayted" klubunun aparıcı müdafiəçisi Patris Evra maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, Britaniya mətbuatına danışan fransalı futbolçu bu mövsüm Premyer Liqada çempionluğu öz əlləri ilə "Mançester Siti"yə verdiklərini bildirib:

"Hər zaman çempion olan komandanın bunu haqq etdiyini söyləmişəm. Ancaq bu mövsüm çempionluğu əllərimizlə təhvil verdik. Son 30 saniyədə bütün ümidlərimiz puç oldu. 8 xallıq üstünlüyü əldən verməyimiz bizə baha başa gəldi. Ancaq gələn mövsüm fərqli olacaq. Hər xal uğrunda amansız mübarizə aparacağıq".

Qeyd edək ki, "Mançester Yunayted" cari mövsümü əzəli rəqibi "Mançester Siti" ilə eyni xalla (89) bitirsə də, şəxsi görüşlərdə qazanılan üstünlük hesabına çempionluğu "şəhərlilər" bayram edib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı