Robben: "Çelsi" üçün ağlayacağam"

Robben: "Çelsi" üçün ağlayacağam"
XƏBƏR 17 May 2012 / 02:11 2612
-  A +

"Bavariya" klubunun hücumçusu Aryen Robben maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, Almaniya mətbuatına danışan hollandiyalı futbolçu Çempionlar Liqasının finalında qarşılaşacaqları "Çelsi"yə qarşı oynamaq istəmədiyini bildirib:

"Finalda sabiq komandam "Çelsi"yə qarşı oynamalı olacam. Yarımfinal mərhələsində digər keçmiş komandam "Real"a qarşı var-gücümlə oynadım. Ancaq "Çelsi"yə qarşı çıxış etmək istəmirəm. "Çelsi"də yaxşı günlər keçirmişəm və bu komandaya qarşı qisas hissim yoxdu. Əgər "Çelsi" finalda məğlub olarsa, onlar üçün ağlayacağam".

Qeyd edək ki, "Bavariya" - "Çelsi" matçı mayın 19-da Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 


Son xəbərlər