Türkiyə kubokunu "Fənərbaxça" qazandı

Türkiyə kubokunu "Fənərbaxça" qazandı
DÜNYA FUTBOLU 17 May 2012 / 01:53 2398
-  A +

Türkiyə kubokunun final matçı keçirilib. Qol.Az-ın məlumatına görə, Ankarada baş tutan görüşdə "Fənərbaxça" və "Bursaspor" komandaları üz-üzə gəlib.

Sonuncu dəfə 1983-cü ildə kuboka sahib çıxan "Fənərbaxça" klubu bu görüşdə 29 illik həsrətə son qoymaq niyyətində idi. Bunun üçün "sarı lacivərdlilər" son olaraq "Bursaspor" səddini keçməli idi ki, bunu da bacarıb.

Fasiləyə 2:0 hesabı ilə üstün yollanan "Fənərbaxça" ikinci hissədə daha 2 qol vurub. Nəticədə rəqibini 4 cavabsız qolla məğlub edən "Fənərbaxça" Türkiyə kubokuna sahib çıxıb.

 

 

16 may

Türkiyə kuboku, final matçı

"Bursaspor" – "Fənərbaxça" - 0:4
Qollar:
 Caner Erkin, 2 (0:1), Kristian Baroni, 45 (0:2), Semih Şəntürk, 59 (0:3), Aleks, 78 (0:4)


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı