Boksçumuz dünya çempionatının yarımfinalında

Boksçumuz dünya çempionatının yarımfinalında
XƏBƏR 17 May 2012 / 01:09 1475
-  A +

Azərbaycan qadın boksçusu Yelena Vıstropova Çinin Quançjou şəhərində keçirilən 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında yarımfinala yüksəlib.

Vıstropova mayın 16-da baş tutan ¼ final matçında ukraynalı Liliya Durniyevanı məğlubiyyətə uğradıb – 12:5.

Boksçumuz 4 raundluq mübarizənin heç birində rəqibinə uduzmayıb – 3:0, 2:1, 4:2, 3:2. Növbəti mərhələdə Vıstropova isveçli Eleonora Lorellə qarşılaşacaq. Əsasnaməyə görə, bu çəki dərəcəsində 8 boksçu London olimpiadasına lisenziya qazanmalıdır. Onlardan yalnız 3-ü Avropa təmsilçisi olmalıdır. Lakin 75 kq çəkidə mübarizəni davam etdirən 4 boksçunun hamısı “köhnə qitə”ni təmsil edir. Çünki digər yarımfinal görüşündə Böyük Britaniya və Rusiya boksçuları üz-üzə gələcəklər.

Məsələyə aydınlıq gətirmək üçün Lent.az-ın əməkdaşı Beynəlxalq Həvəskar Boks Federasiyası (AİBA) ilə əlaqə saxlayıb. Qurumdan bildiriblər ki, lisenziyaların sahibləri dünya çempionatından sonra məlum olacaq. Azərbaycan Boks Federasiyasından da Vıstropovanın olimpiadaya lisenziya məsələsinin hələ həllini tapmadığını deyiblər.

Qeyd edək ki, Yelena Vıstropova 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazansa, bu, Azərbaycanın əldə etdiyi 52-ci vəsiqə olacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord